"Müğənni Tacir Şahmalıoğlunun yanına bir-iki dəfə gedəndən sonra oxumağa başladım.
Unikal.org xəbər verir ki, bu sözləri Şəbnəm Tovuzlu "Space televiziyasında Çingiz Əhmədovun aparıcılığı ilə "Yerimdəyəm verilişində deyib.
O, vurğulayıb ki, doğulub boya-başa çatığı rayonda musiqi məktəbini bitirsə də 2009-cu ildən oxumağa başlayıb:
"Atam da, babam da aşıq olub. Amma mənim isə saza heç vaxt həvəsim olmayıb. Amma oxumağı çox sevirdim. Tacir Şamaroğlunun bir-iki dəfə yanında oldum səsimi yoxladı və bəyəndi. Daha sonra isə müğənni olmağa başladım. Amma son 3 ildə efir vasitəsilə insanlar tərəfindən daha çox tanınıram.
Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu, şair, aktyor Rəşad Kəsəmənli isə veriliş zamanı bildirib ki, indiki dövrdə əxlaqsız hərəkət etsən tanınacaqsan: "Çox təəssüf ki, indiki zamanda düzgün şəkildə tanınmaq çox çətindir. Amma hesab edirəm ki, düzgün şəkildə insanlar tərəfindən tanınanın ömrü uzun olur. Bu cür yolla da tanınmaq da çox çətindir