Moskvada bomba qoyulması barədə anonim zənglərin daxil olmasından sonra 6 xəstəxanada axtarışlar başlayıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, əvvəlcə Botkin adına xəstəxananın minalanması barədə polisə zəng daxil olub.

Daha sonra digər xəstəxanalarla əlaqədar təhdid zəngləri qəbul edilib. Hazırda həmin xəstəxanalarda kinoloqlar və partlayıcı maddə mütəxəssisləri axtarışlar aparır.

Gün ərzində Moskvada 20-yə yaxın binada, o cümlədən Dövlət Dumasında, Turizm Nazirliyində və digər hökumət binalarında axtarışlar aparılıb.