"Azərbaycanda son bir neçə ildə vərəmə yoluxan uşaqların sayı artır. Bu hal bizi narahat etməlidir.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova deyib.
H. Qədirova qeyd edib ki, vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: "Bunlardan biri xəstənin ailəsi, digəri həkimlərdir. Mən belələrinə dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, andlarını pozaraq, o xəstələri düzgün müalicə etmirlər.
Bu gün vərəm xəstələrinin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır. Bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir. Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır".