Space Tv-də Amil Xəlilin aparıcılığı ilə yayımlanan "Olar? Olmaz!" verilişində rəsmi nikah və kəbinlə bağlı maraqlı mövzu müzakirə olunub.

Unikal.org xəbər verir ki, mövzuya şərqşünas Seyid Camal münasibət bildirib:

"Kəbin qadın-kişi münasibətlərini təsdiq edən müqavilədir. Bu müqaviləni hər kəs düşüncəsiylə qəbul edir.

Kəbin Azərbaycanda heç bir hüquqi statusa malik deyil. Azərbaycan qanunvericiliyinə görə hər hansı molla, din adamı tərəfindən kəsilən kəbin heç bir əhəmiyyət daşımır.

Amma milli kimliyimizlə bərabər dini kimliyimiz də var. Yəni hər kəs dövlət qeydiyyatında nikaha girdikdən sonra çox rahat şəkildə İslamın gətirdiyi qaydalar içərisində kəbin ənənəsini icra edə bilər. Kəbin kəsilərkən qarşı tərəfdən iki nəfərin iştirakı zəruridir.

Seyid Camal birdən çox kəbin kəsdirilməsi məsələsinə də münasibət bildirib:

"Səadət əsrinə, bədəvilərin əsrinə nəzər saldıqda görərik ki, gündə kefi nə qədər istəyir o qədər nikaha girərdilər. Biz Azərbaycan qanunvericiliyi və dini kimliyi ilə bərabər milli şüurun daşıyıcısı olan bütün insanlara tövsiyyəm odur ki. bir nikahı olsun.