Populyar "Instagram şəkil əlavəsi daha çox "WhatsApp və ya "Skype kimi messencerlərə oxşamağa başlayacaq.

Unikal.org-un "Wabetinfo nəşrinə istinadən məlumatına görə, yaxın zamanlarda "Instagram videozəngləri dəstəkləyəcək.

Peşəkar saytın məlumatına əsasən, istifadəçilər arasında mümkün videozənglər sınaqdan keçirilir. Əlavənin aktual versiyasının şifrəsində də "Instagramda yeni funksiyaya işarə verilib. Gələcəkdə məlumatlar bloku açılsa və konkret istifadəçi seçilərsə, əlavənin yuxarı sağ tərəfində kamera işarəsi peyda olacaq. 

Əlavənin tərtibatını nəzərdən keçirən mütəxəssislər müəyyən ediblər ki, hazırda bu düymə aktiv deyil. Ancaq yaxın zamanlarda istifadəçilər video vasitəsilə bir-biri ilə danışa biləcəklər. Bu texnologiyanın nə zaman ictimailəşəcəyi hələlik məlum deyil.