Köklükdən əziyyət çəkən insanlar arasında əməliyyat yolu ilə arıqlayanların ölüm riski müxtəlif pəhrizlərdən istifadə edənlərlə müqayisədə daha azdır.
Unikal.org-un məlumatına görə, bir qrup israilli alim bu qənaətə gəlib.
Məlumata görə, təcrübələr 2005-ci ildən 2014-cü ilədək 8500-ə yaxın şəxs üzərində aparılıb.
Qeyd olunur ki, müşahidələr əsasən pəhrizlə müalicə olunmağa qərar verən şəxslər üzərində aparılıb.
Məlum olub ki, piylənmənin müalicəsi ilə bağlı əməliyyatlar ölüm riskini azaldır.