Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində şəhid olan türk hərbçilərinin sayı artıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda qeyd edilir ki, əməliyyatlar zamanı 11 türk əsgəri şəhid olub. Habelə daha 2 əsgər yaralanıb. Hərbi əməliyyatlar zamanı azı 26 terrorçu zərərsizləşdirilib.

22:19

Türkiyə ordusunun PKK, PYD, YPG və İŞİD-ə qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin şəhərində gün ərzində 3 türk hərbçisi şəhid olub, daha 5 nəfəri isə yaralanıb. 

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə SH Baş Qərargahının məlumatında bildirilir.

Bundan əvvəl Baş Qərargah 1141 terrorçunun məhv edildiyini, Türkiyə ordusunun isə ümumilikdə 21 şəhid verdiyini bildirmişdi. Əməliyyat dövründə 70-dək hərbçi yaralanıb.