Lənkəran rayonunda qəza baş verib. Belə ki, motosikletlə yük maşını toqquşub. 

Unikal.org-un məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Muravey" markalı motosikletin "Ford" markalı, 42 BT 731 dövlət-qeydiyyat nömrə nişanlı yük maşının toqquşması nəticəsində 1980-ci il təvəllüdlü Rizvan Hüseynov xəsarət alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.