İranda qəzaya uğrayan "ATR-72" sərnişin təyyarəsində həlak olan şəxslərin bəzilərinin cəsədləri aşkar edilib.

Unikal.org ISNA-ya istinadən xəbər verir ki, xilasedicilər və hərbçilər təyyarənin qəzaya uğradığı yerdə azı 30 nəfərin cəsədini tapıblar.

Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysi üzrə hərəkət edən təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 66 nəfərin hamısı həlak olub.