Yoldaşlıq görüşündə Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib.
Unikal.org AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, həm məşq, həm də konfrans martın 22-də keçiriləcək.
Əvvəlcə mütəxəssis jurnalistlərin önünə çıxacaq. O, saat 16:00-da sualları cavablandıracaq.
Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq.