Türkiyədə zəncirvari yol qəza nəticəsində Prezident Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu 55 yaşlı Bayram Ali Mutlu ilə birlikdə 3 nəfər yaralanıb, 2 nəfər də həyatını itirib.

Unikal.org yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Türkiyənin Bolu rayonunda baş verib. Belə ki, Bolu-Gerede yolunda zəncirvari yol qəzasında Ərdoğanın əmisi oğlu 55 yaşındakı Bayram Ali Mutlu ilə birlikdə 3 nəfər yaralanıb, 2 adam həyatını itirdi.

Karabük-Gerede yolun kənarında benzin stansiyasından yanacaq aldıqdan sonra əks yolun əks istiqamətində irəliləyən 44 yaşlı Şahismail Kocabayin 06 YH 120 nömrəli avtomobili ilə, 44 yaşlı Vahid Dalın adına olan 25 LS 275 nömrəli avtomobil və sürücüsünün adı bilinməyən 14 KG 210 nömrəli avtomobil toqquşub.

Qəzada, Vahid Dalın avtomobilində olan Bayram Ali Mutlu (55), Ömər Çakır (59), Şahismail Kocabay və onun 5 yaşlı övladı Əymən Kocabay yaralanıb. Yaralılar, hadisə yerinə gələn 112 Təcili Yardım Avtomobili ilə Gerede və Boludakı xəstəxanalara aparılıblar. Qəzadan ağır yaralanan Vahid Dal və Şah İsmayıl Kocabay həyatını itirib. Ərdoğanın dayısı oğlu Bayram Ali Mutlunun vəziyəti ağır olaraq qalırdı və o, bu gün səhər saatlarında dünyasın dəyişib.