Türkiyədə dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı gənc "Facebookda sevgilsini şəkilə etiketlədiyi üçün 14 yaşlı oğlanın boğazını kəsərək, öldürüb.

Bildirilir ki, 17 yaşlı Ömer Turan 14 yaşlı Tamer Salmanın məktəbin həyətində qarşısını kəsərək, hədələyib. O, Tamer Salmana " Sən mənim sevgilimi şəkilə etiketliyə bilməzsən deyib.

Tamer Salman " Mən də o qızı sevirəm, bunun sənə heç bir aidiyyatı yoxdur deyə qarşılıq verib. Bunun üzərinə 17 yaşlı Ömer Turan əlindəki bıçağı bir neçə dəfə Tamerə vuraraq, qaçıb.

Polis tərəfindən həbs olunan Ömer Turanın məhkəməsi davam edir.