2020-ci ildən etibarən ABŞ-ın MLS liqasında çıxış edəcək "Mayami" klubunun sahibi Devid Bekhem sürpriz transferlərə imza atmağahazırlaşır.
Unikal.org fanat-a istinadən verir ki, hazırda aşağı liqada çıxış edən klub bir neçə dünya ulduzunu heyətinə qatacaq.
İddialara görə, Bekhem baş məşqçi postuna Karlo Ançelottini gətirəcək. İngilis futbol veteranının artıq italyan mütəxəssislə anlaşıdığı deyilir.
Bekhemin "Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldunu və hazırda "Everton"da çıxış edən həmyerlisi Ueyn Runini də ABŞ-a aparacağı iddia olunur. Hər iki ulduz 2020-ci ildən "Mayami"nin formasını geyinəcək.