Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turniri davam edir.
Unikal.org-un məlumatına görə, bu gün sonuncu - XIV turun görüşləri keçirilib.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Qara fiqurlarla oynayn "Şah görüşdən bərabərliklə ayrılıb.
Digər oyunda Fabiano Karuana Aleksandr Qrişuka qalib gələrək çempionluğu əldə edib. Məmmədyarov turniri ikinci pillədə başa vurub.
İddiaçılar turniri
XIV tur
Vladimir Kramnik (2800, Rusiya) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0,5:0,5
Aleksandr Qrişuk (2767, Rusiya) - Fabiano Karuana (2784, ABŞ) - 0:1
Levon Aronyan (2794, Ermənistan) - Uesli So (2799, ABŞ) - 0,5:0,5
Sergey Karyakin (2763, Rusiya) - Liren Dinq (2769, Çin) - 0,5:0,5
Turnir cədvəli:
1. Karuana - 9
2. Məmmədyarov - 8
3. Karyakin - 8
4. Dinq - 7.5
5. Kramnik - 6.5
6. Qrişuk - 6,5
7. So - 6
8. Aronyan - 4.5