Bu gün Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək hakimlərin siyahısı açıqlanıb.
Unikal.org-un FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, ali futbol qurumu mundialın oyunlarını 36 əsas və 63 köməkçi hakimə həvalə edib.
Maraqlı məqam odan ibarətdir ki, dünya çempionatında Böyük Britaniyanı təmsil edən hakim olmayacaq.
Sonuncu dəfə belə hal 80 il bundan əvvəl - 1938-ci ildə baş vermişdi.