Moskva antidopinq laboratoriyasının sabiq başçısı Qriqori Radçenkov barədə yeni iddialar ortaya atılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə ilə bağlı Beynəlxalq Antidopinq Agentliyinə (WADA) məlumat verən Rodçenkov Ermənistan idmançılarına kömək edib. Belə ki, hazırda ölkəsindən kənarda yaşayan Q.Radçenkov dopinq-testdən "təmiz çıxmaqda yardım göstərib.
Məlumata görə, Rodçenkov erməni ağır atletlərin dopinq-testlərini ya gizlədir, ya da dəyişdirirmiş.
Bildirilir ki, keçmiş laboratoriya rəhbəri Pekin olimpiadasında bürünc medal qazanan Tiqran Martirosyanın və London olimpiadasında bürünc əldə etmiş Ripsime Xurşudyanın dopinq-testini gizlədib və onun "təmiz çıxmalarına yardım edib.
Rodçenkov buna görə ermənilərdən rüşvət alırmış. Məsələdən Ermənistan Ağır Atletika Federasiyasının da məlumatı olub. Rodçenkova verilən məbləğ ona nağd çatdırılırmış.
Onu da qeyd edək ki, adı çəkilən erməni idmançılar Rusiya ilə bağlı dopinq qalmaqalı başlayandan və Rodçenkov xaricə qaçandan sonra aparılan araşdırmaların nəticələrinə əsasən, olimpiadada qazandıqları medallardan məhrum olublar.