"ADR qurucusu Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət vermirik. Ancaq erməni daşnak Njdeyə heykəl qoyanda deyirik, ona niyə abidə ucaldıblar?
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, Rəsulzadə ADR-in ideoloji lideri və qurucularından olsa da, ona münasibət fərqlidir.
"Onun adının əbədiləşdirilməsi istiqamətində iş aparılmır. Hətta onun Novxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevirmirik? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda qışqırırıq ki, niyə abidə qoyurlar. Belə yanaşma olmaz axı, - deyə deputat əlavə edib.