"Qəbələ" keçirdiyi oyunlarda AFFA tərəfindən qeydə alınan qayda pozuntularına görə tətbiq olunan cərimələri ödəməyib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Tale Heydərovun rəhbəri olduğu klub bir müddətdir kəsilən cəriməni ödəməkdən boyun qaçırıb.
Məsələ ilə bağlı Peşəkar Futbol Liqasından (PFL) Unikal.org-a bildirilib ki, komandaların demək olar hamısının PFL-ə borcu var:
"Burada qeyri-adi bir şey yoxdur. Bütün komandalar kimi "Qəbələnin də borcu var. Müəyyən vaxt ərzində ödənilir.
Aygün İlqarqızı