Beşiktaş mövsümün sonunda klubu tərk edərək Çinə yollanacağı deyilən Rikardo Kuarejmaya əvəz axtarır.

Unikal.org  xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı yarımmüdafiəçi klubdan ayrılacağı təqdirdə, onu "Sivassporda çıxış edən Robinyo ilə əvəzləməyi düşünür. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə "qartalların rəhbəliyinin Kuarejmaya əvəz kimi ilk növbədə braziliyalı futbolçunu gördüyü qeyd edilib.

Xatırladaq ki, Robinyo dövrələrarası fasilədə Türkiyənin "Sivasspor klubuna keçib. 34 yaşlı futbolçu "qırmızı-ağların heyətində Super Liqada meydana çıxdığı 7 oyunda 3 qola imza atıb.