Rusiyanın "Rubin"(Kazan) klubunda çıxış edən türkiyəli futbolçu Gökdeniz Karadeniz karyerasını başa vurur.
Unikal.org xəbər verir ki, hücumçu şəxsi "İnstagram" hesabından karyerasını sonlandırmağa yaxın olduğu barədə paylaşım edib və "yavaş-yavaş sona yaxınlaşıram" yazıb.
Rusiya mətbuatına görə, Gökdeniz Karadenizin "Rubin"lə müqaviləsi mövsümün sonunda başa çatır. Klub rəhbərliyi ilə futbolçu arasında müqavilənin uzadılması barədə danışıqlar aparılmayıb. Rusiya təmsilçisi 2008-ci ildən komandada çıxış edən 38 yaşlı futbolçu üçün vida tədbiri hazırlamaq niyyətindədir.