"Zədəli şəkildə oynamaq futbolçu üçün böyük risk deməkdi. Düzdü, bütün futbolçular kimi, mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidi.

Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri "Kəpəzin hücumçusu Şadon Vinçester deyib.

 

Vinçesterin durumu hər gün yaxşılığa doğru gedir. Zədəsi ilə əlaqədar bir müddət meydana çıxmayan hücumçu tam sağaldığından, məşqlərdə fəal iştirak edir, qarşıdakı oyunlara ciddi hazırlaşır.