Ukrayna separatçı rejimlərlə bağlı UEFA-ya müraciət edib.

Unikal.org  xəbər verir ki, Ukrayna Futbol Federasiyası separatçı rejimlərin simvollarının stadionlarda olmasına qadağa tətbiq edilməsini sitəyir. Martın 13-də Romada keçirilən Çempionlar Liqasının 1/8 finalının "Roma - "Şaxtyor qarşılaşmasında stadionda separatçı Donetsk xalq respublikasının simvolları olub. Belə hal federasiya rəsmilərini narahat edir.

Ukrayna tərəfi separatçı rejimlərin simvollarının stadionlara gətirilməsinin qarşısının alınmasını UEFA-dan tələb edir.