Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Kipr çempionatında növbəti oyununu keçirib.
Unikal.org Apasport.az-a istinadən bildirir ki, yarımmüdafiəçinin şərəfini qoruduğu "Anortosis XXX turun görüşündə "Omoniya"nın qonağı olub.
Arazın komandası rəqib meydanında 2:1 hesabı ilə qalib gəlib. Həmyerlimiz ehtiyatda başladığı matçın 81-ci dəqiqəsində oyuna daxil olub.
Qeyd edək ki, 30 matçda 63 xal toplayan "Anortosis 3-cü pillədə qərarlaşıb.