Tanınmış mütəxəssis Aleksandr Starkov Latviya millisinin baş məşqçi postundan uzaqlaşdırılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 62 yaşlı məşqçinin qovulmasının səbəbi martın 25-də keçirilən yoxlama oyunundakı məğlubiyyətdi. Belə ki, Latviya millisi Cəbəllütariqə 0:1 hesabı ilə uduzunca, Starkovun göndərilməsi də qaçılmaz olub.
Hələlik Latviya millisinin yeni baş məşqçisinin kim olacağı məlum deyil. Komanda yayda Baltika kubokunun oyunlarında, həmçinin Azərbaycan millisi ilə yoxlama matçında qüvvəsini sınayacaq.
Starkov 2011-12-ci illərdə Azərbaycanın "Bakı klubunun "sükanı arxasında olub.