Fransa "Lion"u 2003-cü ildə klub tarixinin ən böyük səhvini edib.
Unikal.org komanda-ya istinadən xəbər verir ki, 2003-cü ildə "Sportinq" "Lion"un hücumçusu Toni Vereli heyətə cəlb etmək istəyib və buna görə KriştianuRonaldunu təklif edib. Bu barədə məlumatı Fransa yığmasının sabiq üzvü verib. Ancaq "Lion" bu təklifdən imtina edib:
"Artıq mənə inanmırdılar. Ona görə də "Lion"u tərk etmək istəyirdim. Mənimlə "Sportinq" maraqlanırdı. Onlar mənə görə "Lion"a KriştianuRonaldunu təklif edirdilər.
"Lion" isə pul istəyirdi. Mənim hələ bir illik müqaviləm vardı. Ona görə də klub satış barədə düşünürdü. Hesab edirəm ki, "Lion" bu gün o qərara görə çox təəssüflənir".
2003-cü ildə Verel "Renn"ə keçdi, "Sportinq" isə Ronaldunu "Mançester Yunayted"ə satdı.