Prezident İlham Əliyev Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un məlumatına görə, prezident İlham Əliyev Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiçin Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının əhəmiyyətinə toxunub.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən dövlət başçısı vurğulayıb ki, Serbiya Azərbaycan üçün dost və tərəfdaş ölkədir, ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər nazirinin səfərinin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirən prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycanın Serbiya üçün dost ölkə olduğunu qeyd edən İ. Daçiç isə əlaqələrimizin uğurla inkişaf etdiyini deyib.

11:29

Azərbaycan prezidenti İlham Əliyev Serbiya baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Dacic ilə görüşüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.