Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-honun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Koreya Xalq Demokratik Respublikasının Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını qeyd edib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransına böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev gələn ildən ölkəmizin bu mühüm quruma sədrlik edəcəyini və təşkilat çərçivəsində həmrəyliyin möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti ilə görüşə görə minnətdarlığını ifadə edən xarici işlər naziri Ri Yon-ho Azərbaycanın təşkilatın növbəti sammitinə ev sahibliyi, həmçinin quruma sədrlik edəcəyi münasibətilə təbriklərini çatdırıb. Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri vurğulayıb ki, Azərbaycanın təşkilata sədr seçilməsi Qoşulmama Hərəkatı üzvlərinin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunun göstəricisidir.

11:53

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-Ho ilə görüşüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.