İtaliyada Hakimlər Komitəsinin rəhbəri Marçello Nikkiyə ölümlə hədələnib. Belə ki, sədrə içində güllə olan bağlama göndərilib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bağlamanı ona İtaliya A Seriyasında tətbiq olunan videotəkrar sistemindən (VAR) narazı olan şəxs və ya şəxslər göndərib.
Hazırda İtaliya polisi məsələ ilə bağlı araşdırma aparır.
Xatırladaq ki, ötən ay "Latsio fanatları VAR sisteminin əleyhinə Hakimlər Komitəsinin ofisi önündə mitinq də təşkil etmişdilər. Onlar komandalarının beş oyunda məhz bu sistemin düzgün olmayan qərarları nəticəsində uduzduğunu iddia etmişdilər.