"İnterin hücumçusu Mauro İkardi DÇ-2018-də olmayacaq.
Unikal.org xəbər verir ki, İkardi Argentina yığmasının son yoxlama oyunlarına dəvət almamışdı. Onun DÇ-yə gedəcək heyətdə də olmayacağı dəqiqləşib.
Argentina mətbuatının yaydığı məlumata görə, İkardi Lionel Messi ilə münasibətləri qaydasına sala bilmədiyi üçün heyətdən kənarda qalacaq.
Məlumatda bildirilir ki, İkardi Argentina yığmasının sabiq futbolçusu Maksi Lopesin həyat yoldaşı ilə münasibət qurduqdan sonra Messinin gözündən düşüb.
Leo İkardini bu hərəkətinə görə bağışlamayıb. İkardi "Barselonalının klanına daxil ola bilmədiyi üçün DÇ-dən kənarda qalacaq.