İspaniyanın "Atletiko Madrid" klubunun futbolçusu Koke klub tarixinin ən erkən qoluna imza atıb.
Unikal.org-un məlumatına görə, bu, Portuqaliya "Sportinq"i ilə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
İspaniyalı yarımmüdafiəçi görüşün 22-ci saniyəsində fərqlənib. Lakin 26 yaşlı futbolçu "Qarabağ"la bağlı rekordu yeniləyə bilməyib.
Avropa Liqasının ən erkən qolu 2016-2017-ci il mövsümündə qeydə alınıb. J qrupunda keçirilən "Qarabağ" - "Slovan" (2:2) matçında Çexiya təmsilçisinin futbolçusu Yan Sikora qarşılaşmanın 10-cu saniyəsində fərqlənib.
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında "Atletiko" "Sportinq"i 2:0 hesabı ilə məğlub edib.