"Qalatasaray yayda heyətini yeni hücumçuyla gücləndirməyi planlaşdırır.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Moskva "Lokomotivinin və Peru millisinin hücumçusu Cefferson Farfanın xidmətində maraqlıdı. Bu barədə məlumatı Peru mətbuatı yayıb. Xəbərdə 33 yaşlı futbolçunun illik 2,5 milyon avro maaş alacağı klubda çıxış etmək istədiyi, futbolçunun xidmətində maraqlı olan, onun bu tələbini qarşılaya biləcək yeganə komandanın isə "Qalatasaray olduğu qeyd edilib. İstanbul təmsilçisi Farfan hələ "Şalkedə oynadığı dönəmdən onun xidmətində maraqlıymış.
"Cim-bomun forvardla dünya çempionatından sonra müqavilə bağlayacağı vurğulanıb.
Xatırladaq ki, Farfanın "Lokomotivlə müqavilə müddəti mövsümün sonunda bitəcək. O, cari mövsümdə 12 qol, 6 məhsuldar ötürməyə imza atıb.