Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağın hücumçusu Ramil Şeydayevə görə Rusiyanın "Zenit və Türkiyənin "Trabzonspor klubları arasında qalmaqal yaranıb.

Unikal.org xəbər verir ki, Sankt-Peterburq təmsilçisi yetirməsi olan həmyerlimizin "Trabzonspora transferi zamanı onlara heç bir təzminat ödənilməməsindən narazı qalıb. Rusiya klubu artıq bununla əlaqədar FİFA-ya şikayət də ünvanlayıb. "Zenit Şeydayevə görə Türkiyə klubundan 40 min avroluq yetişdirmə haqqı tələb edir.

"Trabzonspor rəhbərliyi artıq bununla əlaqədar ruslarla birbaşa danışıqlara başlayıblar. FİFA tərəfindən cəza almamağa çalışan Trabzon klubu tələb olunan məbləği 20 min avro olmaqla iki dəfəyə ödəməyi təklif edib. Amma ruslar bu təklifi qəbul etməyiblər və 40 min avronun birdəfəlik ödənilməsini tələb ediblər.

Qeyd edək ki, "Trabzonspor Şeydayevi ötən mövsümün əvvəlində transfer etmişdi. Lakin bu komandada möhkəmlənə bilməyən millimizin forvardı öncə Slovakiyanın "Jilina klubuna, daha sonra isə "Qarabağa icarəyə verildi