"Dinamonu titulsuz tərk etmək istəmirəm.
Unikal.org apasport.az-a saytına istinadən məlumatına görə, bunu Şimal Şərq Regional Liqasında çıxış edən Berlin "Dinamosunun hücumçusu Rüfət Dadaşov deyib.
Gələn mövsümdən III Bundesliqa təmsilçisi "Proyssenin şərəfini qoruyacaq Azəbaycan millisinin sabiq forvardı "Dinamo ilə bu mövsüm titul qazanmaq niyyətindədi: "Berlin şəhərini titulla tərk etmək istəyirəm. Berlin kubokunu qazanmaq əla olar. Klub və azarkeşlər buna layiqdi.
Dadaşov "Proysseni seçməsinin səbəbini açıqlayıb. O, "Dinamodan ayrılmaqda məqsədinin yenidən yığmaya çağırılmaq olduğunu vurğulayıb: "Bu qərarı vermək mənə asan olmadı. Burda əla vaxt keçirirəm və özümü tam rahat hiss edirəm. Ancaq karyera baxımından bu addımı atmalı idim. Yenidən Azərbaycan millisinə dəvət almaq üçün daha yüksək səviyyəli çempionatda gücümü sınamaq istəyirəm.
Qeyd edək ki, Rüfət Dadaşov "Proyssenlə 2 illik müqavilə imzalayıb.