"Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüququn pozulması deməkdir".
Unikal.org-un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
N. Paşinyanın işğal altında olan ərazilərə səfər zamanı Azərbaycanı qorxaq adlandırması və digər bu cür bəyanatlarla çıxış etməsinə təəssüfləndiyini qeyd edən nazir müavini bildirib ki, Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür həyasızcasına səfər etməsi və belə bəyanatlar verməsi danışıqlar prosesinin prinsiplərinə uyğun deyil.