Misirin millisinin hücumçusu Məhəmməd Salah meydana çıxmağa tam hazırdır.
Unikal.org Goal.az-a istinadən xəbər verir ki, onun dünya çempionatının qrup mərhələsində Rusiyaya qarşı matçda komandasına kömək edəcəyi gözlənilir. Həmin qarşılaşma Sankt-Peterburqda iyunun 19-da baş tutacaq
"Salah tibbi və texniki komitəyə zərbədən sonra bərpa olunduğunu və Rusiya yığmasına qarşı matçda iştiraka tam hazır olduğunu bildirib", - Misirin "Al Balad" nəşri məlumat yayıb. Salahın sözlərinə görə, komandanın rəhbərliyi onun matçda əsas heyətdə yer almasını istəyir.