17.06.2018 tarixdə artıq ənənəvi olaraq Kempo üzrə "Qarabağ şəhidlərinin xatirəsi"nə həsr olunmuş üçüncü Respublika turniri keşirilib.
Unikal.org xəbər verir ki, turnir Gənclər və İdman nazirliyinin təqvim planına əsasən Şərq Döyüş Növləri Federasiyaları şurasının razılığı ilə, "Toğrul" idman klubunun və Şəki Kempo regional nüamyəndəliyinin,Şəki şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilib.Turnirdə şəhid ailələri,dövlət qurumlarının nümayəndələri iştirak etiblər.Turnirdə Respublikanın dörd şəhərindən on bir komandadan ibarət 106 idmançı qalibiyyət uğrunda mübarizə aparıb. (Bakı şəhərindən olan komandalar "Kombat"İK, AzKempo,"Əlbin"DK, "Toğrul"İK,Gəncə şəhərindən olan komandalar "Raul"İK, "Buşido"İK, Zaqatala Kempo Nümayəndəliyi,Şəki şəhərindən olan komandalar "Sərxan və Faiq adlna Cəngavər" idman klubu,"Ciu-citsu"İK,"Tayfun"İK,Şəki Kempo nümayəndəliyi).
Turnirə fəxri qonaq qismində Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələrinin ictimai birliyinin Şəki şəhər şöbəsinin sədri Məmmədnuru Əzizov,Şəki şəhəri Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov,Şəki OİK nin direktoru Babək Hüseynov,Şəki Bədən tərbiyyəsi və İdman dispanserinin baş həkimi və bir neçə Şəki çıhırindən olan şəhid ailləri dəvət olunub.
Turnirin açılışında Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, Azərbaycanda Beynəlxalq Kempo Federasiyasının nümayəndəsi Rauf İbrahimov (Sensei İbrahimli),Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələrinin ictimai birliyinin Şəki şəhər şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək Azərbaycanda şəhid ailələrinə və idmanın inkişafına dövlətin qayğısı haqda geniş məlumat veriblər.
Turnirdə veteran idmançılar da iştirak ediblər.Fəxri qonaqlar və veteran idmançılar xatirə hədiyyələrlə və fəxri fərmanlarla təltif olunub.
Turnir Kempo Full və Submişn Gi versiyaları üzrə keçirilib. Sonda idmançılar diplom, medal və xatirə hədiyyələrlə təltif olunub.