Saatlı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, axşam saatlarında şəhərin "Proyezd adlanan ərazisində "Qazel markalı avtomobillə motosikletin toqquşması nəticəsində ikincidə olan rayonun Naharlı kənd sakinləri - 1999-cu il təvəllüdlü Həsənov Xaqani Arif oğlu və Rzayev Daşqın Vəkil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra X.Rzayevin vəziyyəti ağır olduğundan o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.