Gəncə-Şəmkir avtomagistralında zəncirvari yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə  yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes",  "VAZ 2107" minik avtomobilləri və qoşqulu traktorun toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.