"Monolit Plazada baş verən yanğının qarşısı alınıb.

Unikal.org-un məlumatına görə, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıb, yanğın söndürülüb.

12:02

"Monolit Plazada yanğın olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın restoranın mətbəxində meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.