İmişli rayonunda ağır yol qəzası baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günota saatlarında şəhər poliklinikasının yaxınlığında qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobillə "Juqili" markalı maşının toqquşması nəticəsində rayonun Sərxanlı kənd sakini, 1970-ci il təvəllüdlü Babək Behbud oğlu Əsədov hadisə yerində ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.