Sabirabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü İbrahimli Məhəmməd Ziya oğlunu Qarağac kəndində minik avtomobili vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan azyaşlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.