Sumqayıtda dənizdə meyiti tapılan kişi ilə bağlı bəzi təfərrüat məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Dənizdən meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
09:06
Sumqayıtda dənizdən kişi meyiti tapılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, Xəzər dənizinin Sumqayıt şəhərinə düşən hissəsində kişi meyitinin olması müəyyən edilib.
Cəsəd FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılaraq, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt Şəhər Şöbəsinə təhvil verilib.
Hazırda cəsədin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.