Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyunun 24-də saat 23:30 radələrində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyÂyədən çıxarılmasını təmin edib.
DSX-nın Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, həmin tarixdə Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş "WolksÂwagen markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.
Belə ki, həmin şəxsÂlərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomoÂbildən düşərək aralanması və əlində doÂlu kisə ilə qayıtması şübhə doğurÂub.
Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılmış, avtomobilə qoyuÂlan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cümÂləÂdən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşÂdiÂrilib, onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov MəmÂməd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.