Penitensiar Xidmətin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olunub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, orada saxlanılan 1983-cü il təvəllüdlü İsmayılov Anar Tahir oğlu özünü asıb.
A.İsmayılovun intihar cəhdindən xəbər tutanlar onu xilas edərək xəstəxanaya çatdırıblar.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.