Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğının Aşağı Seyfəli kəndi ərazisindəki ağaclıq, kolluq olan ərazidə qeydə alındığı bildirilir. Yanğın təxminən 10 hektar sahəni əhatə edir.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

16:25

Şəmkirdə meşə yanır.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndi ərazisində olan meşədə qeydə alınıb.

Yanğını söndürmək üçün əraziyə Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin avtomobilləri cəlb olunub. Gəncədən də kömək məqsədi ilə bir yanğınsöndürən maşın çağırılıb.

Hazırda alovun söndürülməsi istiqamətində işlər aparılır.