Bu gün Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.
Bu barədə Unikal.org-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumat verilib.
Meyitin üzərində heç bir sənəd aşkar olunmayıb.
Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır. Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub. Meyitin üzərində heç bir zorakılıq əlamətləri müəyyən edilməyib.