Rusiyada keçirilən Dünya Çempionatında rusiyalı qadın azarkeşlərin hədəfinə bu dəfə mundialı canlı yayımla işıqlandıran azərbaycanlı aparıcı olub.
Unikal.org xəbər verir ki, "İctimai TVnin əməkdaşı Aqşin Sabiroğlu "Bol Futbol verilişi üçün "stend-ap edərkən rusiyalı azarkeş xanımlardan birinin öpüşü ilə "mükafatlandırılıb. Azarkeş xanım daha sonra kameraya gülümsəyib.
Qeyd edək ki, bu il mundialda bir neçə jurnalist eyni situasiya ilə qarşılaşıb.