Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədi.
Unikal.org xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib, final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.
18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.