2015-ci ildə hotel, kafe, çay evi və digər bu tip iaşə obyektlərində 197 əxlaqsızlıq yuvası aşkarlanıb.
Unikal.org-un məlumatına görə, bu bu fikri, bu gün Daxili İşlər Nazirliyi ilə Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi insan alverinə qarşı mübarizəyə dair seminarda Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev səsləndirib. Ş. Əsədullayev otel və mehmanxanalara nəzarətin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətində olmadığını, amma bununla belə vətəndaşlardan bu barədə quruma məlumat verilərsə bu cür faktların yerindəcə araşdırıldığını söyləyib.
İdarə rəisi eytni zamanda qeyd edib ki, otel və mehmanxanalarda vətəndaşlardan nikah haqqında şəhadətnamə, hərbi bilet və sair sənədlərin tələb olunması qadağandır: "Otellərdə və mehmanxanalarda dincələn şəxslərin ailə vəziyyətinə dair yalnız anket məlumatları qeyd edilə bilər. Qanunsuz otelçilik fəaliyyəti məşğul olan 9 şəxs müəyyənləşdirilib. Bunlardan dördü rayonlarda aşkarlanlb".
Bundan əlavə Ş.Əsədullayev vurğulayıb ki, 2015-ci ildə insan alveri qurbanı olan 64 nəfərdən 46 faizi məişət zorakılığının qurbanı olmuş şəxslərdir: "Araşdırmalar göstərir ki, insan alveri qurbanlarının arasında məişət zorakılığına məruz qalmış şəxslər də var. Ş. Əsədullayev bildirib ki, ötən 10 il əzində 440 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib. 2015-ci ildə Azərbaycanda qeydə alınan 26 916 cinayət hadisəsindən 28 fakt insan alveri və məcburi əmək cinayətləri ilə bağlı olub. Bu da cinayətlərin 0,48 faizini təşikl edir. 2016-cı ilin ilk 4 ayı ərzində 78 insan alveri faktı qeydə alınıb".
Hüseyin İsgəndərov