Bakıda intihar hadisəsi baş verib.
Unikal.org xəbər vereir ki, Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə mayın 21-də Ağa Nemətulla küçəsi 79 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, "İnteryer-S" MMC-nin direktoru, 1962-ci il təvəllüdlü Söhbət Qəhvəddin oğlu Hacıyev ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından dünyasını dəyişib.
S. Hacıyevin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.